"Çoxlu qol epizodlar yaratdıq. Ancaq qol vurma bilmədikcə səbrimizi qoruya bildik. Çətin oldu, çünki Çexiya yaxşı müdafiə olundu".
Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri İspaniya millisinin baş məşqçisi Visente del Boske "Avro-2016"da Çexiyaya qalib gəldikləri oyundan sonra deyib.
İspaniyalı mütəxəssis komandasının bu oyunda pis oynamadığını bildirib: "Oyuna nəzarət tamamilə bizdə idi. Bu əsasdır. Hər kəs istəyir ki, çox qol vursun. Bir qolla qalib gəlsək də, pis oynamadıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda son nöqtəni qoymaqla bağlı problem yaşamayacağıq. "Pley-off"a çıxmaq üçün nə qədər xal lazım olacaq bilmirəm, ancaq ümid edirəm ki, bugünkü 3 xal əla başlanğıc olacaq".
Qeyd edək ki, D qrupunda mübarizə aparan İspaniya millisi ilk görüşündə Çexiyaya 1:0 hesabı ilə qalib gəlib.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu