“Türkiyə çempion olsa, ofisiant işləyəcəm”

“Türkiyə çempion olsa, ofisiant işləyəcəm”
AVRO-2016 12 İyun 2016 / 14:06 33677
-  A +

Xorvatiya millisinin sabiq üzvü İvan Klasniç Türkiyə yığması haqda maraqlı açıqlama verib.

Qol.az-ın məlumatına görə, yerli mətbuata açıqlama verən veteran futbolçu deyib:

“Restoran işlədən italiyalı dostum mənə Türkiyənin “Avro-2016”nın qalibi olacağını dedi. Mən isə ona bildirdim ki, Türkiyə çempion olarsa, sənə ofisiantlıq edəcəm”.

İ.Klasniç “Avro-2016”nın D qrupunda bu gün keçiriləcək Türkiyə  - Xorvatiya oyunu haqda fikirlərini bildirib:
“Bizim üçün çox önəmli matç olacaq. Futbolçularımızın bu oyuna yaxşı motivasiya olduqlarını düşünürəm. 2008-ci ildəki məğlubiyyətin əvəzini çıxmalıyıq”.

Qeyd edək ki, “Avro-2008”də Xorvatiyanın Türkiyəyə uduzduğu oyunun əlavə vaxtında xorvatların qolunu İvan Klasniç vurmuşdu. Lakin türklər son saniyələrdə cavab qolu vurmuş və penaltilər seriyasında qalib gələrək yarımfinala yüksəlmişdi.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner