"Xorvatiya turnirin önəmli komandalarından biridir. Onlara hörmət edirik. Hər kəsin də bizim komandamıza hörmət etməsini istəyirik. Rəqibin heyətində güclü futbolçular var. Xorvatiya qrupdan çıxsa, önəmli işlərə imza ata bilər".
Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın D qrupunda Xorvatiya ilə oyun öncəsi keçirdiyi mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qrupdan çıxmalarının onlar üçün böyük uğur olacağını söyləyib:
"Avro-2008" bizim üçün yaxşı keçmişdi. Mənim üçün bu cür turnirlərdə iştirak belə böyük uğurdur. Bundan sonra qrupdan çıxmaq, 1/8 final, yarımfinal və final haqda düşünmək olar. Bu qrupdan çıxsaq, sualları daha rahat cavablandıracam. Növbəti mərhələyə yüksəlsək, önəmli yerlərdə olduğumuzu demək olar".
O, sabahkı oyunda kimlərə şans verəcəyini futbolçularına söylədiyini deyib:
"Son oyunlardakı stabilliyi davam etdirməliyik. Komanda hazırda yaxşı formadadır".
F.Terim Türkiyə və Xorvatiyanın ən çox qarşılaşan komandalardan olduğunu qeyd edib:
"Sentyabrda Xorvatiya ilə yenidən üz-üzə gələcəyik. 2008-ci ildəki matçı unutmuşuq. Xorvatiya bizi Avropa çempionatının seçmə mərhələsində qabaqlamışdı.Bu oyuna revanş kimi baxmırıq. Üzərimizdə təzyiqin olması normaldır. Hər bir azarkeş öz milli komandasını yaxşı yerlərdə görmək istəyər".
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər