Xorvatiya millisinin baş məşqçisi Ante Çaçiç "Avro-2016"da Türkiyə ilə oyun öncəsi mətbuat konfransı keçirib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, qrupun ilk görüşünün asan olmayacağını deyib:
"İşimiz asan olmayacaq. Oyuna yaxşı başlamalı, topa daha çox nəzarət etməliyik. Türkiyə millisinin təhükəli olduğunu bilirik. Onlara hörmət edirik. Öz oyunumuzu oynayacağıq. Rəqibi təhlil etmişik. Onlarıb güclü və zəif tərəflərini bilirik. Taktikamızı Türkiyənin zəif tərəfləri üzərində qurmuşuq".
A.Çaçiç Türkiyə ilə bənzər oyun üslubları olduqlarını bildirib:
"Azarkeşlərimiz sabah bizə dəstək olaraq üstünlük qazanmağımıza kömək edə bilərlər. Türkiyə millisinin güclü baş məşqçisi və səviyyəli futbolçuları var. Onlar bizim oyunçulardan geri qalmırlar. Bu turnirdəki komandalara hörmət etməsək, başımıza pis hadisələr gələ bilər".
Təcrübəli mütəxəssis onu da deyib ki, futbolçuları sabahkı oyuna hazırdırlar:
"Bu turnirə qatılmaq bizim üçün önəmli idi. Oyunçularım Avropa çempionatına hazırdır. Bizdən gözləntilərin böyük olduğunu bilirik. Böyük turnirlərdə iştirak etmiş futbolçularımız var. Sabah komandamdan yaxşı futbol gözləyirəm. Komanda şəklində oynamalıyıq".
Qeyd edək ki, D qrupunun Türkiyə - Xorvatiya oyunu sabah saat 17:00-da başlayacaq.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki