“Avro-2016”nın D qrupunda keçiriləcək Türkiyə - Xorvatiya oyununa təyinat alan Yonas Eriksson türklərin arzulamadığı hakimdir.
Qol.az-ın xəbərinə görə, hələ “Avro-2016”nın seçmə mərhələsində, 2014-cü ilin oktyabrın 10-da Çexiyaya qarşı keçirilən matçı da Eriksson idarə etmiş və onun idarəçiliyindən Türkiyə millisinin baş məşqçisi Fatih Terim narazı qalmışdı. Türklərin 1:2 hesabı ilə uduzduğu həmin qarşılaşmada isveçli hakimin verdiyi bir sıra qərarlar narazılıq yaratmışdı.
Elə həmin seçmə mərhələdə Latviya ilə 1:1 hesabı ilə yekunlaşan oyunu isə başqa bir isveçli – Stefan Yohannesson id arə etmiş və türklər onun da idarəçiliyinə etiraz etmişdi.

Yonas Eriksson
Hətta həmin görüşdən sonra Fatih Terim bildirmişdi ki, UEFA-ya şikayət edərək bir daha komandasının oyununa isveçli hakimlərin təyinat verilməsinə qadağa qoyulmasını tələb edəcək. Amma görünür, UEFA Terimin bu narazılığını diqqətə almayıb və xorvatlarla oyuna da isveçli Erikssona təyinat verib.
Qeyd edək ki, 42 yaşlı Erikson ölkəsində media patronudur və zəngin insan sayılır.
İsmail Kartal: “Məyusuq”
Valdas Dambrauskas: “Futbolçularımla fəxr edirəm”
“Sabah” layiqli mübarizə apardı. Təbriklər!” - Niko Kovaç
“Sabah” – “Borussiya” matçının ən yaxşı oyunçusu kim oldu?
"Fənərbaxça" son anda qələbəni əldən verdi
Yaxşı mübarizə, məyusedici nəticə
Keyn liderdir, siyahıda başqa kimlər var?
“Fənərbaxça”nın futbolçusu sıradan çıxdı
“El Klasiko”ya təyin olunan hakim dəyişdirilir?
"Turan" voleybol klubundan ÇL-də uğurlu debüt
36 yaşında karyerasını bitirir
Baş məşqçi stadiondan şikayətləndi
"Fənərbaxça" - "Slaviya" matçının heyətləri açıqlandı
"Sabah" - "Borussiya": Heyətlər
2-ci liqada 8-ci tura yekun vuruldu
Elvin həkim nəzarətində məşqə çıxdı - Şəkillər
“Mançester Yunayted”də ciddi itki