“Avro-2016”: Rusiya millisində ciddi itki

“Avro-2016”: Rusiya millisində ciddi itki
AVRO-2016 6 İyun 2016 / 01:10 6783
-  A +

Rusiya millisi Avropa çempionatı öncəsi ciddi itki ilə üzləşib.

Qol.az-ın məlumatına görə, Serbiya ilə yoxlama oyununda zədələnərək meydanı tərk edən İqor Denisov “Avro-2016”nı buraxmalı olacaq.

Bunu oyundan sonra komandanın baş məşqçisi Leonid Slutski deyib. O, təcili olaraq Denisovun əvəzinə heyətə yeni oyunçu cəlb edəcəklərini bildirib. Denisovu "Zenit"in yarımmüdafiəçisi Artur Yusupovun əvəzləyəcəyi bildirilir.

Reqlamentə əsasən komandalar zədələnmə olarsa, bir futbolçunu əvəzləyə bilər.

Qeyd edək ki, dayaq yarımmüdafiəçisi olan  İqor Denisov Rusiya millisinin aparacı oyunçularındandır.

Son xəbərlər
09.04.26  13:37

Arne Slotdan etiraf

topaz banner