"Baki-2015" ilk Avropa Oyunlarının boks yarışmasının 6-cı günündə Azərbaycan təmsilçilərindən daha bir qələbə Abdulkadir Abdullayev tərəfindən qazanılıb.
Qol.Az-ın “Azəratac”a istinadən yaydığı xəbərə görə, idmançımız səkkizdəbir final mərhələsində Macarıstan idmançısı Adam Hamori üzərində qələbə qazandıqdan sonra jurnalistlərlə öz təəssüratlarını bölüşüb: "İlk döyüşdən qalib çıxdığıma görə çox sevinirəm. Bundan sonrakı döyüşlərdə də məni dəstəkləyən hər kəsə bu hissləri yaşadacağam".
Onun sözlərinə görə, belə yarışlarda ilk döyüş adətən çox ağır keçir. Ancaq azarkeşlərin dəstəyi qələbə qazanmaqda ona güc verib. O vurğulayıb ki, doğma divarlar arasında çıxış etmək hər bir idmançı üçün ikiqat məsuliyyətdir.
A.Abdullayev rəqiblərinin güclü olmasına baxmayaraq çempion adı qazanacağına inandığını bildirib və məşqçilərinə, ona kömək edən hər kəsə təşəkkürünü çatdırıb.
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır
Millini DÇ-2026-ya aparan qol belə əbədiləşdirildi - Şəkil