"Bakı-2015" I Avropa Oyunlarının qalibi olan türkiyəli güləşçi Rıza Kayaalp Qətərin "Əl Cəzirə" telekanalına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, Bakıda hörmətlə qarşılandığını, özünü doğma vətənindəki kimi hiss etdiyini bildirən dünya və Avropa çempionu Azərbaycan xalqına minnətdarlığını bildirib:
"İlk Avropa çempionluğunu Bakıda qazanmışdım. Azərbaycanda özümüzü evimizdəki kimi hiss edirik. Hətta burda daha çox dəstək görürük. Xalqım məndən inciməsin, amma bu həqiqətdir ki, ailəmdən başqa heç kim Türkiyədən mənə dəstək olmaq üçün Bakıya gəlmədi. Türkiyədəki yarışlarımda da elə olurdu. Türkiyədə mən heç Bakıdakı kimi dəstək görmədim. Ancaq Bakını görürsünüz. Güləş yarışlarında 8-9 minlik tribuna tamamilə dolur. Meydana türk idmançı çıxanda isə inanılmaz bir dəstək görürdük".
Azərbaycan və Türkiyədə idmana olan marağı müqayisə edən R.Kayaalp ölkəmizin bu sahədə irəlidə olduğunu qeyd edib: "Azərbaycanda güləşi sevirlər. Bu idman növünü yaxşı bilirlər. Güləş yarışları zamanı arenada gözəl ab-hava yaranır. Ancaq Türkiyədə güləşə o qədər də diqqət yetirilmir. Bir çoxları güləşçiləri tanımır. Ölkəmizdə hansı idmana sahib çıxırlar ki, güləşə də qayğı göstərilsin?".
R.Kayaalp 26 yaşında Bakıda Avropa və dünya miqyasında 26-cı medalını qazanıb. O, Avropa Oyunlarında üzərində böyük təzyiq olduğunu, ancaq bundan narahatlıq keçirmədiyini deyib: "İdmançıdan böyük gözləntilər olanda meydanda mübarizə aparamaq çətin olur. Anca son illərdə bu çətinliklərin öhdəsindən gələməyi bacarıram. İdmana başlayan zaman necə məsuliyyətli idimsə, indi də o qədər əzimliyəm. Ona görə də üzərimdə çox təzyiq hiss etmirəm. Özümü psixoloji cəhətdən yarışa hazırlamağı yaxşı bacarıram. Güləş mənim uşaqlıq xəyalım idi. Heç pul verməsələr də, mən bu işlə məşğul olmağı düşünürdüm. Hər zaman məqsədim türk bayrağını ucaltmaq və himnimizi səsləndirmək olub. Bunun üçün tər tökürük. Qarşıdan gələn dünya çempionatı və Olimpiya Oyunlarında da qızıl medal qazanmaq istəyirəm".
Xatırladaq ki, Avropa Oyunlarının qızıl medalını qazanan türkiyəli güləşçi Riza Kayaalp qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmaqla qeyd edib.
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar
Mövsümün ən yaxşısı seçildi
La Liqa klubunda baş məşqçi ayrılığı
Niderland millisi DÇ-2026-ya bu heyətlə yollanır
2-ci liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
"Neftçi"yə qayıtdı - Rəsmi
"Şəfa" ev oyunlarını bu stadionda keçirəcək
Mourinyodan Arda Güler qərarı
"Turan Tovuz" onunla müqaviləni uzatdı
"Atletiko"dan "Barselona"nın təklifinə rədd cavabı
Almaniya Superkuboku oyununun vaxtı məlum oldu
"Şəfa" baş məşqçisi ilə yolları ayırıb - Klubdan açıqlama
Kasper Şmeyxel karyerasını başa vurdu
"Kəpəz" Rəhman Hacıyevlə müqaviləni uzatdı
ABŞ millisinin DÇ-2026 heyəti
Niderlandlı hücumçu "Roma"da qaldı - Rəsmi
Rafael Benitezi o əvəzlədi
Onlar da DÇ-2026 üçün yekun heyəti açıqladılar
“Real”da seçki günü müəyyənləşdi
Nə Arteta, nə də Qvardiola - İlin məşqçisi Lempard oldu
Modriç DÇ-2026-dan sonra keriyerasını başa vuracaq
Türkiyə millisinin üzvü "Borussiya"dan getdi - Rəsmi
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır