"Bakı-2015" alovunun Birinci Avropa Oyunlarının keçiriləcəyi şəhərə daxil olmazdan əvvəl son dayanacağı bu gün - iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğu olub.
Qol.Az-ın məlumatına görə, 1,8 km-i əhatə edən yürüşü «Sabahin alimləri» musabiqəsinin qalibi, tarix fənni üzrə olimpiadanın qalibi, Heydər Əliyev-92 inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başlayıb. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak ediblər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq, Bakı 2015-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırıb.
Mərasim "Bakı-2015"ə həsr olunmuş bədii proqramla davam etdirildi. "Bakı-2015"in Milli parka hədiyyəsi olan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim edib.
Məşəl estafetinin iştirakçısı Leyla Zeynalova təəssüartlarını bölüşüb: “Çox gözəl gündür. Açığı çox həyəcanlıyam. Minillərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci dəfə keçiriləcək Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram”.
Alov səyahətindən şəkillərə baxmaq, Oyunlara aparan yolu işıqlandıran on məşəlçiyə azarkeşlik etmək, tədbirlərə qatılmaq istəyənlər www.flame.baku2015.com linkinə daxil ola bilərlər.
Beləliklə, "Bakı-2015"in məşəli paytaxta üz tutmağa hazırdır. Sabah, iyunun 7-də alov paytaxt Bakıya çatdırılacaq və iyunun 12-dək – Birinci Avropa Oyunlarının tarixi açılış anı başlayana qədər paytaxtın gəzməli-görməli yerləri ilə tanış olacaq.
Yuxarı
Konfrans Liqasının final matçından öncə dava düşdü - Video
Messinin Hindistandakı heykəli sökülə bilər
Bundesliqanın ən bahalı oyunçuları kimlərdir?
Mundialın ev sahibi baş məşqçi ilə yenidən anlaşdı
"Şamaxı"da növbəti ayrılıq
"Barselona"dan 70 milyonluq təklif
"Sumqayıt" 2 futbolçusunu göndərdi
"Turan Tovuz"u qürurla təmsil edəcəyəm"
"Sabah" Mikelslə müqaviləni yenilədi
Azərbaycan millisində yeni futbolçu
"Latsio" baş məşqçisini göndərdi
İngiltərə millisinin məşqləri xüsusi mühafizə ediləcək
Əzmkar qələbə ilə 1-ci liqada qaldılar
Mövsümün ən yaxşısı seçildi
La Liqa klubunda baş məşqçi ayrılığı
Niderland millisi DÇ-2026-ya bu heyətlə yollanır
2-ci liqa uğrunda pley-off görüşünün vaxtı müəyyənləşdi
"Neftçi"yə qayıtdı - Rəsmi
"Şəfa" ev oyunlarını bu stadionda keçirəcək
Mourinyodan Arda Güler qərarı
"Turan Tovuz" onunla müqaviləni uzatdı
"Atletiko"dan "Barselona"nın təklifinə rədd cavabı
Almaniya Superkuboku oyununun vaxtı məlum oldu
"Şəfa" baş məşqçisi ilə yolları ayırıb - Klubdan açıqlama
Kasper Şmeyxel karyerasını başa vurdu
"Kəpəz" Rəhman Hacıyevlə müqaviləni uzatdı
ABŞ millisinin DÇ-2026 heyəti
Niderlandlı hücumçu "Roma"da qaldı - Rəsmi
Rafael Benitezi o əvəzlədi
Onlar da DÇ-2026 üçün yekun heyəti açıqladılar
“Real”da seçki günü müəyyənləşdi
Nə Arteta, nə də Qvardiola - İlin məşqçisi Lempard oldu
Modriç DÇ-2026-dan sonra keriyerasını başa vuracaq
Türkiyə millisinin üzvü "Borussiya"dan getdi - Rəsmi
"Şamaxı"da 8-ci ayrılıq
Haaland hamını geridə qoydu
"Barselona"nın yetirməsi klubdan gedə bilər
Neymar DÇ-2026-ya qədər meydana çıxmayacaq
Panama millisinin DÇ-2026 üçün yekun heyəti
İkardi vətəninə qayıdır?
Premyer Liqada heç bir matçı buraxmadı
İtaliya A Seriyasında antirekorda imza atdı
"Turan Tovuz"un futbolçusu dünya çempionatına yollanır
Baş məşqçidən sonra onlar da klubdan getdi
"Sabah" qapıçısı ilə müqaviləni yenilədi
"Trabzonspor" Şimanskini transfer edə bilər
"Çelsi" futbolçusundan narazıdır