"Bakı-2015" Avropa Oyunları daha iki beynəlxalq atleti ilk yay tədbirinin idman elçiləri edib.
Qol.Az-ın "Bakı 2015"in saytına istinadən yaydığı xəbərə görə, almaniyalı stolüstü tennisçi Dmitri Ovtçarov və Yunanıstan qılıncoynadanı Vassiliki Vuqiuka məşğul olduqları idman növlərini təmsil edəcək və Oyunları reklam etmək üçün öz vətənlərində keçiriləcək genişmiqyaslı marketinq kampaniyalarında və sosial şəbəkədə fəal iştirak edəcəklər.
D.Ovtçarov hazırda dünyada altıncı idmançı sayılır və Almaniyanın stolüstü tennis komandasının tərkibində 2008-ci ildə keçirilmiş Pekin Olimpiya Oyunlarında gümüş medal qazanıb. O, həmçinin həm kişilər arasında təkbətək, həm də komanda tərkibində 2012-ci ildə keçirilmiş London Olimpiya Oyunlarında bürünc medal qazanıb.
V.Vuqiuka qılıncoynatmanın sablya növü ilə məşğul olur və hazırda dünyada altıncı yerdə sıralanır. O, 2010-cu ildə Budapeştdə keçirilmiş qılıncoynatma üzrə Dünya Kubokunda qızıl medal qazanıb və bu, yunan idmançının qılıncoynatma üzrə ilk Dünya Kuboku olub və 2012-ci və 2013-cü illərdə keçirilmiş Avropa çempionatlarında gümüş medalın sahibi olub.
"Bakı-2015"in baş əməliyyat direktoru Saymon Kleqq deyib: “Bu qisimdən olan beynəlxalq səviyyəli idman elçilərinin bir araya gəlməsi idman təqvimindəki bu yeni tədbirin əhəmiyyətindən xəbər verir. Əminəm ki, həm Dmitri, həm də Vassiliki Oyunların təşviq edilməsində əllərindən gələni edəcək və Avropa idmanının inkişafında əhəmiyyətli rol oynayacaqlar”.
Hər iki atlet irlandiyalı boksçu Katie Taylor, taekvando komandasının atleti Jade Cons, fransız ritmik gimnastı Kseniya Mustafaeva, Danimarkanın kanoye sprinteri Holten Pulsen və Serbiyanın 3x3 basketbol komandasının oyunçuları Dusan Domovik Bulut, Marko Savik. Marko Zdero və Decan Macstoroviç-in yer aldıqları idman elçiləri sırasına qoşulublar.
26 yaşlı D.Ovtçarov söyləyib: "Birinci Avropa Oyunları stolüstü tennisin statusunun qaldırılması və bu idman növünə yeni azarkeşlərin cəlb edilməsi üçün əla imkandır. Həmçinin qitəni bir araya gətirəcək yeni və irimiqyaslı idman tədbirində iştirak olduqca xoşagələn bir haldır. Oyunların tezliklə başlanmasını və açılış mərasimində bu idman növünün geniş şəkildə təşviq edilməsini səbirsizliklə gözləyirəm".
28 yaşlı V.Vuqiuka bildirib: "Qılıncoynatma məşhur Avropa idman növüdür və bu idman növü ilə məşğul olan bir idmançı kimi Bakıda keçiriləcək birinci Avropa Oyunlarının reklam edilməsinə cəlb edilməkdən qürur duyuram. Dünya miqyasında keçirilən yarışlarda iştirak etmişəm və idmanın insanları necə bir araya gətirməsinin şahidi olmuşam və aylar öncə Bakı 2015-i tanınmaq üçün əlimdən gələni edəcəyəm”.
"Bakı-2015"in Almaniya nümayəndəliyinin rəhbəri Dirk Skimmelpfenniq deyib: “Dimitrinin Bakı 2015 beynəlxalq idman elçpisi qismində iştirakı onun Avropa Oyunlarına dəstəyini əks etdirir. Almaniya güclü idman ənənəsinə malikdir və idmançı səfiri proqramı ölkədə qabaqcadan Bakı 2015-ə marağın və həyəcanın yaranmasına kömək edəcək”.
Yunanıstan Olimpiya Komitəsinin prezidenti və "Bakı-2015"in AOK Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos söyləyib: “Heç şübhə etmirəm ki, Vassiliki "Bakı-2015"in reklam edilməsində böyük iş görəcək və bu da, Bakıda bu yay keçiriləcək oyunlarda bütün Yunanıstan atletlərinə dəstək olunmasına öz töhfəsini verəcək. Belə ki, Avropanın ən yaxşı qılıncoynadanlarından biri olaraq siz birinci Avropa Oyunları üçün ondan yaxşı idman elçisi tapa bilməzsiniz”.
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
De Liqt 5 aydan sonra qayıtdı
Türkiyənin məşhur brendi “Qarabağ”ın tərəfdaşı oldu - Şəkil
Finalın nominal meydan sahibi məlum oldu
Kapitan "Zirə"də qalacaq? - "Danışığımız olub"
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov 2-ci liqaya göndərildi
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada
"Atletik"də Valverdeni kim əvəz edəcək?
Bu klub Bernardo Silva ilə danışıq aparır
Qasperini ilə yola getməyən Ranyeri "Roma"dan ayrılır
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanıldı - Video
Daha beş güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur
Sabahkı oyunlar FİFA referilərinə tapşırıldı
Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi
“Beşiktaş” və “Trabzonspor” yarımfinalda
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı