“Bu oyunu şərh etmək istəmirəm. “Neftçi” rəqibindən güclü oynadı. Qələbə qazanacağımızı gözləyirdik. İlk oyunda heç-heçə etdik, amma cavab oyununda qalib gəldik. Yaxşı oyun göstərdik, qol imkanlarından istifadə etdik, bir çox epizodlardan isə yararlana bilmədik. Rəqibə çempionatda uğurlar arzulayıram. Mövsümü titulsuz bitirmək istəmirik".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun yarımfinal mərhələsində "Rəvan"a qalib (3:1) gələrək finala yüksəldikləri oyundan sonra deyib.
Təcrübəli mütəxəssis bildirib ki, mövsüm başa çatdıqdan sonra məşqçi karyerasını başa vura bilər:
" Mövsüm sonunda cari çempionatda gördüklərim haqqında mətbuat konfransı təşkil edəcəm. Ola bilər ki, futboldan getdim. Yorulmamışam, amma tükənmişəm".
O, oyundan əvvəl futbolçusu Araz Abdullayevlə bir neçə dəfə danışdığını da söyləyib:
" Ona başa saldım ki, azarkeşə reaksiya vermək lazım deyil, yetişməkdə olan futbolçu üçün bu, mənfi haldır. Bu gün Araz oyundan öncə azarkeşlərə yaxınlaşıb üzrxahlıq etdi. Məşqçi olmaqdan əlavə psixoloq olmaq lazımdır. Bura gələn dünya şöhrətli məşqçilər futbolumuzdan başa aça bilmirlər, çünki mentalitetimizi bilmirlər".
B.Hacıyev onu da qeyd edib ki, yerli futbolçuları çox yaxşı tanıyır:
“Sumqayıt”la oyunda komanda yaxşı oynamadı, tənbeh olundular, istirahət günlərini əlindən aldım. Pis oyun taktikası yoxdur, pis ifaçılar var. Legioner məşqçilərə qarşı həssaslığım var, nəticələrim göz qabağındadır".
Çalışdırıcı həmçinin Tahir Süleymanovun istefa verməyini stadiondan eşitdiyini vurğulayıb.
Son olaraq final oyunu haqda danışan B.Hacıyev deyib:
“Neftçi” heç birimizə miras qalmayıb. Finalda rəqibimizin kimliyi vacib deyil, qalib gəlmək istəyirik”.
Xusanov ata oldu - Video
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi
"Atletiko"dan "Arsenal"a keçə bilər
Modriçə sabiq klubundan təklif var
Tudorun “Tottenhem”dən ayrıldığı bildirilir