Elmar Məmmədyarov "Atletiko” - "Çelsi" oyunundan danışdı

Elmar Məmmədyarov "Atletiko” - "Çelsi" oyunundan danışdı
ÖLKƏ FUTBOLU 23 Aprel 2014 / 11:54 3681
-  A +

Xarici işlər naziri Elmar Məmmədyarov Çempionlar Liqasında dünən keçirilən "Atletiko” - "Çelsi" oyunu (0:0) barədə danışıb.

Qol.Az-ın Anspress.com-a istinadən verdiyi məlumata görə, nazir bu barədə bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, dünən təəssüf ki, "Atletiko” oyundan qələbə ilə ayrıla bilmədi: “Ancaq 90 dəqiqə meydançada köynəklərində "Land of fire Azerbaijan" yazısı əks olunmuş futbolçular qaçırdılar”.

Nazir həmçinin bildirib ki, iki ölkə arasında münasibətlər təzə-təzə inkişaf edir. Bir çox sahələrdə ikitərəfli əlaqələrin qurulmasına səy göstərdiklərini deyən Elmar Məmmədyarov İspaniya ilə siyasi münasibətlərin yaxşı səviyyədə olduğunu bildirib. O qeyd edib ki, İspaniya Dağlıq Qarabağ məsələsində bizi həmişə dəstəkləyib.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq