“Neftçi” “Qarabağ”ı indidən çempionluq münasibəti ilə təbrik etdi

“Neftçi” “Qarabağ”ı indidən çempionluq münasibəti ilə təbrik etdi
ÖLKƏ FUTBOLU 21 Aprel 2014 / 15:38 3445
-  A +

“Neftçi” klubu bu mövsüm “Qarabağ”ın çempion olacağına şübhə etmir. Qol.Az-ın xəbərinə görə,  Ağdam təmsilçisi hələ çempionluğunu rəsmiləşdirməsə də, “ağ-qaralar” “Qarabağ”ı indidən təbrik edib.

“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytının müxbiri ilə söhbətində bildirib ki, “Qarabağ”ı çempion olmaları münasibəti ilə təbrik edirlər.

Qeyd edək ki, rəsmi səviyyədə “Qarabağ”ı ilk təbrik edən “Neftçi” olur.

Xatırladaq ki, Premyer Liqamızın başa çatmasına beş tur qalıb. Hazırda “Qarabağ” ən yaxşı izləyəciyisi “İnter”dən 10 xal irəlidədir və çempionluğa bir nömrəli namizəd sayılır.

Daha çox


Son xəbərlər