Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyunları - "Qəbələ" - "Xəzər Lənkəran" (3:0) və "Neftçi" - "Rəvan" (1:1) matçı haqqında fikirlərini bölüşüb.
Qol.Az saytına açıqlamasında o, final mərhələsinə yüksəlmək şansı çox olan komandaların adlarını açıqlayıb:
"Heç kim gözləmirdi ki, "Xəzər Lənkəran" Qəbələdə böyük hesabla uduzsun. Ancaq hiss olunurdu ki, "Xəzər Lənkəran"ın müdafiəsində problemlər var. Buraxılan qolların ikisi kobud səhv nəticəsində oldu. Təbii ki, finala çıxmaq şansı "Qəbələ"də daha çoxdur. "Xəzər Lənkəran" 0:3 hesabı ilə uduzmasaydı belə, bu cür oyunla finala çıxa bilməz. Nəzərə almaq lazımdır ki, "Qəbələ" əks-hücumlarda çox təhlükəlidir. Onlarda Subotiç və Mendi kimi sürətli, topla yaxşı rəftar edən hücumçular var. Buna görə də "Xəzər Lənkəran" üçün cavab matçı çox ağır olacaq".
Vaxtilə "Xəzər Lənkəran"la çempionluq qazanmış təcrübəli mütəxəssis sabiq komandasının oyununu tənqid edib:
"İlk növbədə komandanın oyunu olmalıdır. Necə ki, bu, "Qarabağ" və "Neftçi"də var. "Xəzər Lənkəran" isə lider oyunçuların hesabına nəsə etməyə çalışır. Təbii ki, bu da istənilən effekti verə bilməz. Baş məşqçi əlində olan qüvvəsi hesabına müvafiq oyun üslubu seçməlir. Fikir verin, "İnter" əvvəllər uzun ötürmələrlə oynayırdı. Ancaq sonra komandaya bəstəboy, yerlə daha yaxşı oynayan, texnikalı futbolçular gəldiyi üçün baş məşqçi oyun üslubunu tamamilə dəyişdi. Bu gün isə "İnter" 3-cü pillədədir. Yəni komanda öz oyununu tapmalıdır. "Xəzər Lənkəran"ın isə oyunu yoxdur".
A. Mircavadov digər yarımfinal cütünün favoritinin "Neftçi" olduğunu bildirib: Qeyd edib ki, ilk oyunun nəticəsi "Rəvan" üçün əlverişli olsa da, finala "ağ-qaralar" adlayacaq: "Neftçi" "Rəvan"a qalib gəlməli idi. Çünki oyuna nəzarət meydan sahiblərində idi, hesabda da öndə idilər. Sadəcə "Neftçi" futbolçuları fikirləşdilər ki, 1:0 hesabı da kifayət edər. Unutmaq olmaz ki, kubok oyunlarında zəif komanda olmur. Gərək hər bir komandaya hörmətlə yanaşasan və sona qədər oynayasan. İlk oyunda hesabın 1:1 olması "Rəvan"a üstünlük verir. Ancaq düşünürəm ki, finala "Neftçi" çıxacaq. Çünki "Neftçi"nin güclü futbolçuları və imici var. "Rəvan" nəyi bacarırdısa, ilk oyunda göstərdi. Bunu nəzərə alanda "Neftçi" daha şanslı görünür. Bununla belə futbolda heç kim heç nəyə zəmanət verə bilməz".
Con Toşakın yaddaşı itib
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi
Xusanov ata oldu - Video
Ahmet Çakar “Qarabağ”ın epizodu haqda nə dedi?
"Xankəndi" bu dəfə 5 qolla qalib gəldi - Video
Salah "Liverpul"dan ayrılacağını açıqladı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video