"Rəvan" klubunun müdafiəçisi Cəmşid Məhərrəmov Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə ilk oyunundan (1:1) sonra Qol.Az saytının suallarını cavablandırıb.
- "Neftçi" ilə matç haqda ümumi fikirlərini bilmək istərdik.
- Neçə gündür ki, oyuna ciddi hazırlaşırdıq. İlk hissədə istədiyimiz alınmırdı. Ancaq ikinci hissədə tam fərqli oyun nümayiş etdirdik. Qələbə qazanmaq istəyirdik. Ancaq qol vurmaqla yaxşı nəticə əldə etdik.
- Oyundan qabaq hansı nəticəyə ümid edirdiniz?
- Əsas məqsədimiz o idi ki, "Neftç"nin meydanında qol vuraq. "Qəbələ" "Xəzər Lənkəran"ı 3:0 hesabı ilə məğlub etdi. Əgər "Xəzər Lənkəran" qol vurmağı bacarsaydı, cavab görüşü üçün işini xeyli asanlaşdırardı. Yəni rəqib meydanında vurulan qolun əhəmiyyətini qeyd etmək istəyirəm. Düzdü, final çıxmaq işinin bir hissəsini rəqib meydanında görmüşük. Ancaq bununla iş bitmir. Öz meydanımızda uğurun ardını gətirməliyik. İnanıram ki, finala çıxacağıq.
- Düşünürsən ki, rəqib "Neftçi" olsa belə, 1:1 hesablı nəticə finala çıxmaq şansınızı artırır?
- Bəli, üstünlüyümüz var. İlk oyunun nəticəsi bizi çox sevindirdi. Son dəqiqədə vurulan qolun önəmi böyükdür. Var qüvvəmizlə çalışdıq və sonda istəyimizə nail olduq. Belə anlarda insan sevincini boğa bilmir. Ancaq bu, o demək deyil ki, finala çıxmışıq. Sadəcə, "Neftçi"nin meydanında istədiyimiz nəticəni əldə etdik.
- "Neftçi" futbolçuları açıqlamalarında turu keçəcəklərindən əminliklə danışıblar.
- Kim nə danışırsa, özü bilər. Bütün fikirlərə hörmətlə yanaşıram. Heç bir cavab da vermək istəmirəm. Sadəcə onu deyirəm ki, hər şeyə ikinci oyunda aydınlıq gələcək. Tək "Neftçi" futbolçuları yox, bir çoxu, elə mətbuat özü də gözləmirdi ki, "Rəvan" bu mərhələyə qədər gəlib çıxacaq. Ancaq hamı görür ki, komandanın uğur qazanması üçün "Rəvan"da hansı işlər görülür. "Rəvan"ın gələcəyi üçün klub rəhbərliyi böyük zəhmət çəkir. Hər halda bura qədər gəlmişiksə, bizə bu cür yanaşmaq lazım deyil. İstərdim ki, "Rəvan"a da hörmət olunsun. Mətbuat yarımfinala çıxmağımızı sürpriz kimi qələmə verir. Bu, niyə sürpriz olmalıdır ki? Finala çıxaq belə, sürpriz sayılmamalıdır. "Rəvan" klubunun rəhbərliyi də komanda üçün vəsait xərcləyir və bunun bəhrəsini görmək istəyir. Gərək bütün azarkeşlər və mətbuat da bizə dəstək olsun. Hamımızın işi futbolla bağlıdır. Siz yazırsnız, biz oynayırıq, klub rəhbərliyi də sərmayə qoyur.
- Cavab görüşündə qolsuz heç-heçə finala çıxmağınız üçün yetərlidir. Buna görə də sırf müdafiə futboluna üstünlük verəcəyinizi gözləmək olar?
- Baş məşqçimiz açıq futbola üstünlük verməsə də, öz taktikası var. Yəqin ki, ilk oyunun nəticəsini nəzərə alıb, müvafiq bir taktika ilə oynayacağıq. Hər bir rəqibə qarşı müxtəlif oyun üslubundan istifadə edirik.
- Komandanızın işi çempionatda yaxşı getmir. Həttə "Rəvan" Premyer Liqanı tərk etmək təhlükəsi ilə üzləşib.
- Biz bir qədər rahatlamışdıq. Həm də kubok oyununa həddindən artıq köklənmişdik. Sanki çempionat oyunlarını unutmuşduq. Ancaq AFFA-nın verdiyi son qərardan sonra çalışırıq ki, xallarımızı artıraq. Güclülər dəstəsində qalmağımız vacibdir. Kubokda bu qədər irəliləmişiksə, deməli, elitada qalmaq gücünə malikik.
Ramiq AĞAMƏMMƏDOV
Con Toşakın yaddaşı itib
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi
Xusanov ata oldu - Video
Ahmet Çakar “Qarabağ”ın epizodu haqda nə dedi?
"Xankəndi" bu dəfə 5 qolla qalib gəldi - Video
Salah "Liverpul"dan ayrılacağını açıqladı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı