Mustafa Dənizli: "Hələ son sözümüzü deməmişik"

Mustafa Dənizli: "Hələ son sözümüzü deməmişik"
ÖLKƏ FUTBOLU 16 Aprel 2014 / 18:44 4089
-  A +

“Bu cür oyunu gözləmirdim. Məğlub olduq. Fikrimcə, cavab qarşılaşması Azərbaycan kubokunun tarixində ən vacib oyunlardan biri olacaq".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdityi məlumata görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mustafa Dənizli "Qəbələ" ilə kubok matçından (0:3) sonra keçirilən mətbuat konfransında deyib.  

Türkiyəli mütəxəssis cütün taleyinə cavab qarşılaşmasında aydınlıq gələcəyini bildirib: "İlk oyunda məğlub olsaq da, finala çıxmaq şansımızı itirməmişik. Bir həftədən sonra keçiriləcək cavab qarşılaşmasının necə nəticələnəcəyi hamımız görəcəyik. Hamı cavab oyununu gözləsin. 0:3 ağır hesabdır. Hələ son sözümüzü deməmişik”.

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu