"İnter"in baş məşqçisi Kaxaber Sxadadze Topaz Premyer Liqanın 30-cu turunda "Neftçi"yə qalib (2:1) gəldikləri oyunu şərh edib.
Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, gürcü çalışdırıcı futbolçularını qələbə münasibəti ilə təbrik edib:
“Futbolçularımı təbrik edirəm, layiqli qələbə qazandılar. Oyuna yaxşı başladıq. Hava isti olduğu üçün oyunda sürət aşağı idi. Lakin hər iki komandada faydalı iş əmsalı yüksək idi. Çempionatın səviyyəsi yaxşıdır. Bu oyunu artıq unutmalıyıq. Müəyyən çatışmazlıqlarımız oldu, bunları təhlil etməliyik".
"Qarşıda 6 oyun var, hər biri bizim üçün final kimidir. Mövsümü ilk üçlükdə bitirmək üçün həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmalıyıq. “Neftçi” kubokda layiqli qələbə qazanaraq yarımfinala yüksəldi. Hesabda irəli çıxdıqdan sonra təşəbbüsü rəqibə verdik. Hesab bərabərləşdikdən sonra komandaya daha aktiv oynamağı tapşırdım. Mahir Şükürovla aramızda yaxşı münasibət var. Ona emosiyalara qapılmamağı dedim. Futbolçular bütün fikirlərini oyuna versələr yaxşı olar” - deyə o bildirib.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya