Bu gün Topaz Premeyer Liqada 30- cu turun oyunları keçirilib.
Qol.Az-ın məlumatına görə, turun bütün görüşləri eyni günə nəzərdə tutulub.
"Qəbələ" doğma meydanda AZAL-ı qəbul edib. Bu görüşdə qapılara qol vurulmayıb - 0:0. Bakıda paytaxtın eyniadlı komandası "Xəzər Lənkəran"la üz-üzə gəlib. Bu oyunda da qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər - 2:2. "Simurq" isə səfərdə "Sumqayıt"la 1:1 bərabərə qalıb.
Turun mərkəzi oyunu "Şəfa"da keçirilib. Paytaxt derbisində "İnter" "Neftçi"ni qəbul edib. Fasilədən sonra iki qol vuran "İnter" görüşdən 3 xalla ayrılıb. Günün son oyununda isə lider "Qarabağ" öz meydanında "Rəvan"ı sınağa çəkib. Bu görüşdə də qalib gələn Ağdam təmsilçisi liderliyini möhkəmləndirib.
12 aprel
Topaz Premyer Liqa, 30-cu tur
18:30. "Qarabağ" - "Rəvan" - 5:1
Qollar: Leroy Corc, 33 (1:0), Muarem Muarem, 62 (2:0), Leroy Corc, 65 (3:0), Tyaqo de Souza, 68 (3:1), Almeyda, 71 (4:1), Reynaldo Silva, 59 (5:1)
Qırmızı vərəqə: Orxan Lalayev, 89 ("Rəvan")
Hakimlər: Alik Yunusov, Mehman Mahmudov, Akif Əmirəli, Ziya Nəsirov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
17:00. "İnter" - "Neftçi" - 2:1
Qollar: Matiya Şpiçiç, 47 (1:0), Elvin Yunuszadə, 60 (1:1), Matiya Şpiçiç, 65 (2:1)
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Mübariz Haşımov, Mahir Məmmədov.
Bakı. “Şəfa” stadionu.
15:00. "Qəbələ" - AZAL - 0:0
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ramiz Məhərrəmov.
Qəbələ. Qəbələ şəhər stadionu.
15:00. "Bakı" - "Xəzər Lənkəran" - 2:2
Qollar: Junior Nildo, 5 (0:1), Elias Ribeyro, 28 (0:2), Əfran İsmayılov, 48-pen (1:2), 63-pen (2:2)
Qırmızı vərəqə: Adrian Skarlatake, 63 ("Xəzər Lənkəran")
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Nahid Əliyev, Teymur Fərhadov.
Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
15:00. "Sumqayıt" - "Simurq" - 1:1
Qollar: Draqan Çeran, 69 (0:1), Rəhman Hacıyev, 71 (1:1)
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Fərid Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
Turnir cədvəli
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya