Mövsümün ən yaxşı bombardiri Reynaldo Silva və Baçana Sxadadze ardıcıl 3-cü oyunda qol vurublar.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qarabağ”ın braziliyalı legioneri “Sumqayıt” və “Qəbələ” ilə qarşılaşmalarda dublları sıralamışdısa, AZAL-a 1 qol vurmağı bacarıb.
Bu qol seriyası Reynaldonun Topaz Premyer Liqasında ilk belə uğurudur. Ötən iki turda “Qəbələ” və “Rəvan”ın hərəsinə 1 qol vuran “İnter”in gürcüstanlı hücumçusu Sxadadze bu dəfə “Simurq”un qapısına yol tapıb.
Bu cütlük ardıcıl 3 turda qol sevinci yaşamaqla mövsümün rekordunu da təkrarlayıb. Reynaldo ilə Baçanaya qədər “Qarabağ”ın hollandiyalı oyunçusu Leroy Corc və “Neftçi”nin braziliyalısı Karlos Kardoso da bunu bacarmışdı. Corc 24-26-cı, Karlos 14-16-cı turlarda ardıcıl hər oyunda 1 qol vurmuşdu.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixinin rekordu Yunis Hüseynova məxsusdur. Yarımmüdafiəçi ilk çempionatın startında ardıcıl 12 qarşılaşmada qol vurmaqla şərəfini qoruduğu “Neftçi”nin qələbələrində pay sahibi olmuşdu.
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”