Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Buna zərrə qədər də şübhə etməyə dəyməz. Olimpiadalarda idmançılarımızın qazandıqları uğurlar, bir çox mötəbər yarışların tez-tez ölkəmizdə keçirilməsi fikrimə əyani sübutdur. Amma nədənsə, futbolumuz elə hey yerində sayır. Halbuki bu idman növünə də dövlət tərəfindəın böyük qayğı göstərilir. Klub prezidentləri hər il futbolçuların şəraitinin yaxşılaşdırılması üçün milyonlarla pul xərcləyir. Stadionlar tikilir, yeni komandalar yaradılır, xaricdən mütəxəssislər dəvət olunur. Amma futbolumuz inkişaf etmir ki, etmir. Maraqlıdır, görəsən, bunun səbəbi nədədir? Çoxları futbolumuzun problemini meydança azlığında, uşaq futboluna qayğı göstərilməməsində görür. Amma məncə, əsas səbəb bunların heç biri deyil.
Kimlərəsə qəribə görünə bilər, amma subyektiv fikrim belədir ki, bizdə futbol olmayıb, heç vaxt da olmayacaq. Millimizə Marçelo Lippi belə başçılıq etsə, dünyanın ən yaxşı stadionları bizdə olsa, “Ayaks”ın uşaq məşqçiləri gəlib Azərbaycanda çalışsa belə, yenə də xeyri olmayacaq. Bu cür bədbin danışığımı əsaslandırmağa çalışacağam.
Diqqət yetirsək görərik ki, Azərbaycanda Avropa, dünya, hətta olimpiya çempionları var. Amma onların hamısı fərdi idman növündə uğur qazananlardır. Komanda idman növündə isə heç bir uğurumuz yoxdur. Futbol, voleybol, basketbol, həndbol və s. və i.a. heç birində uğur qazanmamışıq. İstisna kimi qadınlardan ibarət voleybol komandasını və ya otüstü hokkey komandasını göstərə bilərsiniz. Amma məgər həmin komandalarda azərbaycanlılar çıxış edir? Voleybolda uğurlarımız ani oldu. SSRİ-nin dövründə qalan və 1-2 də ukraynalı və ya rus voleybolçudan qurulan komanda bir müddət uğur qazandı. Amma həmin voleybolçuların bəziləri karyeralarını başa vurduğu kimi, voleybolumuzun da yüksəliş dövrü başlamamış sona çatdı. Ötüstü hokkey komandamızda isə azərbaycanlıdan başqa istənilən millətin nümayəndəsinə rast gəlmək olar. Pakistanlı, koreyalıdan tutmuş, ukraynalı, rusa qədər. Ona görə də bu iki idman növünə də bir quş.
Fikrimcə, mentalitetdən, düşüncə tərzindən irəli gələn bir şeydir bu. İçimizdə olan paxıllıq hissi, “vay o qabağa getdi, mən qaldım” kimi dar düşüncələr idmançılarımızdan da yan keçmir və bu da onların komanda idman növündə uğur qazanmasına mane olur. Millətin öz mentalitetini, düşüncə tərzini dəyişməsi üçün yüz illərlə vaxt lazımdır. Bəlkə də bu heç mümkün də deyil. Ona görə də məhz bu aspektdən yanaşaraq, insan bədbin fikirlərə qapılıır.
Komanda idman növsündə uğur qazana bilməməyimizin başqa bir səbəbi mübarizə əzminin olmamasıdır. Argentina çempionatının son turunda keçirilən “Veles Sarsfild”lə “Urakan” matçında yaşananları görməyə dəyərdi. Son tur olduğundan, “Veles Sarfild”ə ancaq qələbə lazım idi çempionluq üçün. Qonaqlara isə qızıl medallara yiyələnmək üçün bir xal da bəs edirdi. Söhbət burda nəticədən yox, “Veles Sarfild”li futbolçuların mübarizə əzmindən gedir. Sona yaxın vurduğu qolla çempionluğa qovuşan “Veles Sarfild”li futbolçular həm də qonaqların şillə, yumruğuna tuş gəldilər. Bu zaman yerli komandanın bir futbolçusunun sifəti al-qan içində olsa da, matçın sonu olmasını və əzəetmə limitinin tükəndiyini nəzərə alan həmin oyunçu qanı axa-axa oyunu davam etdirdi və hakimin fiti ilə birgə məhz o vəziyyətdə sevinməyə başladı.
Bəlkə də mətləbdən çox uzaqlaşdım. Amma bizim futbolçularda məhz bu xüsusiyyət çatışmır. Mənliyi olan oğlan heç vaxt 0:6 uduzmaz. Meydanda canını qoyar, son ana qədər vuruşar, amma rəqibin onu alçaldmasına heç vaxt imkan verməz. Oyun baxımından ispan səndən üstün ola bilər. Uzun illər sənin qız dalınca qaçdığın, kef çəkdiyin vaxtlarda saatlarla məşq edən ispan futbolçu səndən daha texnikalı, daha sürətli ola bilər. Amma mübarizə əzmi sənin içindən gəlməlidir. Nə vaxta dəqər ki, bu hiss səndə olmayacaq, ey Azərbaycan futbolçusu, nə vaxta qədər ki, karyeranı deyil, evi, pulu, maşını, qızı, kef çəkməyi fikirləşəcəksənsə, o vaxta qədər də azarkeşlər tərəfindən təhqir olunacaqsan. O vaxta qədər 0:6-lara, 0:5-lərə məruz qalacaqsan. Səni aşağılayan rusun, erməninin, fransızın gülüş hədəfinə çevriləcəksən!
İbrahim CƏFƏROV
[email protected]
P.S. Dediklərim heç də futbolçuların hamısına aid deyil. Düzdür, aralarında mənliyini qoruyub, saxlayanlar da var. Amma reallıq budur ki, qurunun oduna yaş da yanır.
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində
"Daha çox qol vurmalı idik" - Yuri Vernidub
Xabi Alonso: "Nəticələr mövsümün sonunda məlum olacaq"
FİFA "Əl-Nəsr"ə transfer qadağası qoydu
"Zirə" - "İmişli": Heyətlər
"Yuventus"dan "Arsenal"a rədd cavabı
"Borussiya" Adeyemini cərimələdi
Luis Enrike: "Parisdəki hər kəs mənə təşəkkür edir"
“Qarabağ”a ikinci rəsmi transfer təklifi
"Karvan-Yevlax" - "Neftçi": Heyətlər
“Mançester Yunayted” Kenan Yıldız üçün sərvət təklif edir
AFFA klub nümayəndələri ilə görüş keçirdi
"Bavariya"nın keçmiş futbolçusu vəfat etdi
Fenomenə çevrilən dünyanın ən gənc futbol şərhçisi - Video
Salah üzr istəyib
Sabiq “Qarabağ”lı indi Rusiyada ən zəif qapıçıdır
Dortmund “Borussiya”sından qələbə
İtaliya Superkubokunda ikinci finalçı müəyyənləşdi
Rüfət Abdullazadənin komandası yenə uduzdu
Superliqada 17-ci tur start götürüb
"Şəfa" 3 xalı tək qolla qazandı - Video
“Liverpul”un futbolçusu “Qızıl top”u qazandı
4 penalti dəf edən qapıçının qolu sındı
Çexiya millisinin yeni baş məşqçisi açıqlandı