"Real"ın futbolçusu rəsmən "Napoli"də

"Real"ın futbolçusu rəsmən "Napoli"də
XƏBƏR 10 İyul 2013 / 00:20 3915
-  A +

"Real"ın (Madrid) oyunçusu  Xose Kaleaxon yeni mövsümdən İtaliya A seriyasında forma geyəcək.

Qol.Az-ın xəbərinə görə, futbolçu "Napoli"yə transfer olunub. Bu barədə klubun rəsmi saytı məlumat verib. Kaleaxon bu gün "Napoli" ilə  müqavilə imzalayıb. Futbolçu sabah tibbi müayinədən keçəcək.

Klub tərəfindən verilən açıqlamada bu transferə ödənilən təzminatın dəyəri açıqlanmasa da, "Napoli"nin Kaleaxon üçün 10 milyon avro ödədiyi iddia edilir.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi  Madrid klubu ilə forma geydiyi 55 matçda 8 qol vurub.


Son xəbərlər
topaz banner