"Qalatasaray" Arda Turanı geri qaytara bilmədi

"Qalatasaray" Arda Turanı geri qaytara bilmədi
XƏBƏR 9 İyul 2013 / 18:42 2748
-  A +

Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Arda Turanı geri qaytarmaq istəyi baş tutmayıb.

Qol.Az-ın məlumatına görə, buna "Atletiko" (Madrid) klubunun Arda üçün istədiyi təzminat qiyməti səbəb olub.

Belə ki, 2011-ci ildə Ardanı 12,5 milyon avroya transfer edən Madrid təmsilçisi hazırda "Qalatasaray"dan 25 milyon avro təzminat istəyir. Son Türkiyə çempionu da bu məbləğlə razılaşmayıb. İstanbul klubu Arda üçün yalnız 10 milyon avro ödəyə biləcəyini açıqlayıb.

Qeyd edək ki, ötən ay İstanbula gedən Arda klubun prezidenti Ünal Aysala "Atletiko" ilə anlaşsanız, "Qalatasaray"a dönərəm" deyə bildirmişdi.


Son xəbərlər
topaz banner