Piter Krauç "Trabzonspor"un hədəfində

Piter Krauç "Trabzonspor"un hədəfində
XƏBƏR 9 İyul 2013 / 16:54 2769
-  A +

Türkiyənin "Trabzonspor" klubu Xəlil Altıntopun gedişindən sonra hücumçu axtarışlarını davam etdirir. 

Qol.Az-ın məlumatına görə, Trabzon təmsilçisi "Stok Siti" klubunun hücumçusu Piter Krauça "elçi" düşüb.

Türkiyə klubu artıq 32 yaşlı futbolçu ilə danışıqlara start verib. İngilis futbolçunun transfer qiyməti 4 milyon avro olaraq göstərilir. Tərəflər arasında razılıq əldə olunarsa, Krauç yeni mövsümdən Türkiyə Superliqasında çıxış edəcək.

Qeyd edək ki, Krauçun "Stok Siti" ilə 2015-ci ilə qədər müqaviləsi var.


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner