Raul Qonzales "Real"da 45 dəqiqə oynayacaq

Raul Qonzales "Real"da 45 dəqiqə oynayacaq
XƏBƏR 9 İyul 2013 / 16:17 3658
-  A +

"Real" (Madrid) klubunun canlı əfsanəsi, hazırda "Əl Sədd" komandasında çıxış edən Raul Qonzales avqust ayının sonlarında karyerasını başa vuracaq.

Qol.Az-ın məlumatına görə, bu məqsədlə avqustun 22-də "Əl Sədd" və "Real" klubları arasında yoldaşlıq görüşü keçiriləcək.

Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutacaq oyunda 36 yaşlı futbolçu cəmi 45 dəqiqə meydanda olacaq və bununla da Raul karyerasını rəsmən başa vuracaq.

Qeyd edək ki, 1994-2010-cu illərdə "Real"ın şərəfini qoruyan Raul bu komandanın heyətində 550 oyun keçirib və 228 qola imza atıb.


Son xəbərlər
topaz banner