Mourinyo: "Hələ də qumar oynayıram"

Mourinyo: "Hələ də qumar oynayıram"
XƏBƏR 9 İyul 2013 / 15:33 2521
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo yeni mövsümdəki planları haqqında maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, "The Sun"a müsahibəsində azarkeşlərə yeni mövsüm daha yaxşı uğurlar əldə edəcəyi ilə bağlı söz verən portuqaliyalı mütəxəssis ən çətin olanını qazanmaq üçün riskli qərarlar verəcəyini də bildirib:

"Çelsi" azarkeşlərini əldə edəciyimiz uğurlarla, göstərdiyimiz oyunla xoşbəxt etmək istəyirik. Onlar üçün hər zaman bütün gücümüzü ortaya qoyacağıq. Amma ən çətin olanı qazanmaq üçün risklər də edəcəyik. 2006-ci ilin aprel ayında "Vest Hem"lə oynadığımız matçı xatırlayıram. Həmin qarşılaşmada 0:1 hesabı ilə geridəydik. Üstəlik Manişenin qırmızı vərəqə görməsindən sonra 10 nəfərlə qalmışdıq. Hələ də qumar oynayıram, çünki on nəfərlə də qazanmağı istəyirəm. Necə ki, o zamanda 4:1 hesabı ilə qələbə qazanmışdıq".

50 yaşlı çalışdırıcı həmçinin qeyd edib ki, gənc oyunçularına heyətə qatmasına baxmayaraq klubun mirasını hər zaman qoruyacaq.


Son xəbərlər
topaz banner