Edinson Kavani PSJ-nin bir addımlığında

Edinson Kavani PSJ-nin bir addımlığında
XƏBƏR 9 İyul 2013 / 14:38 1938
-  A +

Son mövsüm göstərdiyi oyunla bir çox klubların diqqət mərkəzinə düşən "Napoli"nin futbolçusu Edinson Kavani PSJ-yə transfer olunmağa çox yaxındır.

Qol.Az-ın "L Equipe"yə istinadən verdiyi məlumata görə, İtaliya təmsilçisi ilə bütün məsələlərdə razılığa gələn Paris klubu bu transferi 24 saat ərzinə rəsmən açıqlayacaq. PSJ "Napoli"yə təzminat kimi 64 milyon avro ödəyəcək. Futbolçu ilə beş illik müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, uruqvaylı hücumçu ilə "Çelsi" də yaxından maraqlanır.


Son xəbərlər
topaz banner