Əvvəl Alfonso, sonra Toşak

Əvvəl Alfonso, sonra Toşak
XƏBƏR 9 İyul 2013 / 14:05 2538
-  A +

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Xəzər Lənkəran” - “Slima” cavab oyunundan bir gün öncə hər iki klubun çalışdırıcılarının mətbuat konfransı keçiriləcək.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib komandanın baş məşqçisi Alfonso Qreko sabah, iyul ayının 10-da saat 19:30-da mətbuat nümayəndələrinin qarşısına çıxacaq.

Bununla yanaşı saat 20:00-da “Slima” klubu matçın keçiriləcəyi əsas meydanda oyunöncəsi son məşqinə çıxacaq. “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak isə saat 20:00-da jurnalistlərin suallarını cavablayacaq.

Son xəbərlər
topaz banner