Qomez: "İndi həyatımda yeni səhifə açıram"

Qomez: "İndi həyatımda yeni səhifə açıram"
XƏBƏR 9 İyul 2013 / 10:50 2073
-  A +

"Bavariya"dan ayrılaraq "Fiorentina"ya transfer olan Mario Qomez keçmiş klubuna vida mesajı göndərib.

Qol.Az-ın məlumatınma görə, alman oyunçu Facebook sosial şəbəkəsindən Münhen təmsilçisində keçirdiyi günləri heç vaxt unutmaycağını bildirib: "Əziz azarkeşlər! Sizlə ayrılmaq vaxtı gəldi. Burada məni dəstəkləyən hərkəsə təşəkkürümü bildirirəm. Dünyanın ən yaxşı klubunda gözəl günlər keçirdim. İndi həyatımda yeni səhifə açıram" .

Qeyd edək ki, Qomez 2009-cu ildə "Ştutqart"dan "Bavariya"ya transfer olunmuşdu.


Son xəbərlər
topaz banner