Buffon: "İtaliya dünyanın ən yaxşıları sırasında deyil"

Buffon: "İtaliya dünyanın ən yaxşıları sırasında deyil"
XƏBƏR 8 İyul 2013 / 17:38 1984
-  A +

İtaliya millisinin qapıçısı Canluici Buffon yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan 35 yaşlı qolkiper komandasının hələlik dünyanın ən yaxşıları sırasında olmadığını bildirib.

"İtaliya millisi hələlik dünyanın ən yaxşıları sırasında deyil. Yəni, biz dünyanın digər yığmaları ilə müqayisə oluna bilmərik. Ancaq komanda əvvəlki illərlə müqayisədə inkişaf mərhələsindədir. Ümid edirəm ki, bu inkişafı davam etdirərək istədiyimiz səviyyəyə yüksələcəyik. Konfederasiyalar kubokunda yaxşı çıxış etdik. Lakin qarşıdakı dünya çempionatında bundan artığını etməyə çalışacağıq".

Qeyd edək ki, İtaliya millisi Braziliyada təşkil olunan son Konfederasiyalar kubokunu 3-cü pillədə başa vurmuşdu.


Son xəbərlər
topaz banner