Erik Abidal rəsmən "Monako"da

Erik Abidal rəsmən "Monako"da
XƏBƏR 8 İyul 2013 / 17:08 2133
-  A +

Son zamanlar etdiyi transferlerlə diqqət mərkəzində olan "Monako" daha bir ulduz futbolçunu heyətinə qatıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Fransa təmsilçisi bu dəfə "Barselona"nın sabiq oyunçusu Erik Abidalı transfer edib.

Oyunçu ilə 1+1 illik şərti ilə müqavilə imzalanıb.

Qeyd edək ki, Abidal peşəkar futbolçu karyerasına 2000-ci ildə məhz "Monako"da başlayıb.


Son xəbərlər
topaz banner