"Mançester Yunayted"in futbolçusu "Anji"yə doğru

"Mançester Yunayted"in futbolçusu "Anji"yə doğru
XƏBƏR 8 İyul 2013 / 16:49 3302
-  A +

"Qalatasaray" və "Roma"nın transfer gündəmində olan "Mançester Yunayted"in futbolçusu Naniyə daha bir klub "elçi" düşüb.

Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar"ın yeni çalışdırıcısı David Moyesin heyətdə görmək istəmədiyi portuqaliyalı oyunçunu "Anji" də transfer etmək istəyir.

Futbolçunun komandaya gətirilməsi üçün Rusiya təmsilçisi digər klublara nisbətən daha çox büdcə ayırıb. Belə ki, klubun "MY"a 15 milyon avro, Naniyə isə illik 6 milyon avro ödəməyə hazır olduğu bildirilir.

 


Son xəbərlər
topaz banner