"Barselona"da Neymar üçün yeni proqram

"Barselona"da Neymar üçün yeni proqram
XƏBƏR 8 İyul 2013 / 16:12 3193
-  A +

"Barselona"nın yeni transferi Neymar yeni mövsümdə daha yaxşı oynamaq üçün indidən hazırlıqlara başlayıb.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə, Kataloniya klubunun həkimi Daniel Medina braziliyalı oyunçuya 29 iyula qədər tam hazır olması üçün bir proqram verib.

Verilən proqramın əsas məqsədi isə oyunçunun fiziki olaraq yaxşı vəziyyətə gətirmək və çəkisinin artırılmasıdır. Neymarın bu proqram vasitəsilə çəkisinin ən azı 3-5 kq artıması planlaşdırılır. Bu müddət ərzində futbolçu yalnız riskli olmayan aerobik hərəkətlər edəcək.

Proqramın son həftəsində isə 21 yaşlı oyunçu bol miqdarda karbohidrat qəbul edəcək.

 


Son xəbərlər
topaz banner