"Sumqayıt" "Neftçala" ilə qarşılaşacaq

"Sumqayıt" "Neftçala" ilə qarşılaşacaq
XƏBƏR 8 İyul 2013 / 15:50 1471
-  A +

Topaz Premyer Liqasının 2013/14 mövsümünə hazırlaşan "Sumqayıt" klubu məşqlərini davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Aqil Məmmədovun rəhbərliyi altında komanda Sumqayıt İdman Mərkəzində gündə iki dəfə olmaqla məşqə çıxır.

Heyətdə yer alan futbolçulardan yalnız Mirzağa Hüseynpur fərdi məşqlərlə kifayətlənir.

Qeyd edək ki, "Sumqayıt" iyulun 10-da "Neftçala" ilə yoxlama oyunu keçirəcək. Qarşılaşma saat 19:00-da Sumqayıt İdman Mərkəzində baş tutacaq.


Son xəbərlər
topaz banner