Azərbaycan futbolçusu bu xəbərdən utanmalıdır

Azərbaycan futbolçusu bu xəbərdən utanmalıdır
XƏBƏR 8 İyul 2013 / 14:25 6060
-  A +

Ermənistan milli futbol komandasının yarımmüdafiəçisi Henrix Mxitaryan Dortmundun “Borussiya” klubu ilə 3 illik müqavilə imzalayıb. Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı məlumata görə, alman komandası erməni futbolçuya görə Donetsk “Şaxtyor”una 27 milyon 500 min avro ödəyib.

1989-cu ildə Ermənistan paytaxtında doğulan Henrix Mxitaryan Yerevanın “Pünik” klubunun yetirməsidir, 2006-2009-cu illərdə bu komandanın formasını geyib. 2009-cu ildən karyerasını Ukraynada davam etdirən Henrix Mxitaryan bir il Donetsk “Metallurq”unda oynayıb, 2010-cu ildə isə “Şaxtyor”a keçib.

Henrix Mxitaryan Ermənistan yığmasında 2007-ci ildən oynayır.

Qeyd edək ki, ac Ermənistanın futbolundan fərqli olaraq, çoxlu pul buraxılan və oyunçunun inkişafı üçün daha yaxşı yer olan Azərbaycanı xaricdə milliyətcə azərbaycanlı olan cəmi iki futbolçu peşəkar səviyyədə təmsil edir. Bu, Rusiya Premyer Liqasında yarışan “Rubin” komandasında oynayan Ruslan Abışov və Türkiyə birinci liqa təmsilçisi "Dənizlispor"da çıxış edən Arif İsayevdir.  


Son xəbərlər
topaz banner