Xabi Alonso "Liverpul"a qayıdır?

Xabi Alonso "Liverpul"a qayıdır?
XƏBƏR 8 İyul 2013 / 13:35 2313
-  A +

"Real" (Madrid) klubunun yarımmüdafiəçisi Xabi Alonso yenidən İngiltərə Premyer Liqasında oynaya bilər.

Qol.Az-ın məlumatına görə, ispaniyalı futbolçu sabiq komandası "Liverpul"un maraq dairəsinə düşüb.

Liverpul təmsilçisinin baş məşqçisi Brendan Rocers X.Alonsonu transfer etmək istəyini rəhbərliyə bildirib. Rəhbərlik də öz növbəsində 31 yaşlı futbolçunu geri qaytarmaq üçün 12 milyon avro xərcləməyə hazır olduğunu açıqlayıb. İspaniya millisinin futbolçusu hələlik bu təklifə heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Alonso 2004-2009-cu illərdə "Liverpul"un şərəfini qoruyub.

 


Son xəbərlər
topaz banner