“Milan” Balotelliyə 150 milyon qiymət qoydu

“Milan” Balotelliyə 150 milyon qiymət qoydu
XƏBƏR 8 İyul 2013 / 12:44 2173
-  A +

Son günlər Madrid "Real"ına transfer olunacağı iddia edilən "Milan"nın futbolçusu Mario Balotellinin gələcək taleyinə aydınlıq gətirilib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, hücumçunun meneceri Mina Raiola Balotellinin klubdan getməyəcəyəni deyib: “O, hazırda "Milan"  üçün vacib oyunçudur. Buna görə də nə indi, nə də sonralar onun satılacağı gözlənilir. Düzdür, onu istəyən çox klub var. Amma Mario Milanda xoşbəxtdir".

Klubun vise-prezidenti Adriano Qalliani Balotellinin satmaq niyyətlərinin olmadığını deyib: "Balotellini almaq istəyən klub 150 milyon avro təzminət ödəyərsə və futbolçunun özüylə razılaşarsa, yalnız o zaman onu ala bilər. Başqa heç bir halda onu satmarıq".


Son xəbərlər
topaz banner