Skoulz "Mançester Yunayted"dən imtina etdi

Skoulz "Mançester Yunayted"dən imtina etdi
XƏBƏR 8 İyul 2013 / 12:11 2289
-  A +

Ötən mövsüm futbolçu karyerasını başa vuran "Mançester Yunayted"in əfsanəvi oyunçusu Pol Skoulz keçmiş klubunun göndərdiyi təklif rədd edib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, “MY”nin yeni çalışdırıcısı David Moyes Skoulza məşqçi vəzifəsi təklif etsə də, o, ailəsi ilə daha çox vaxt keçirmək istədiyini əsas gətirərək bundan imtina edib.

Klubun rəsmi saytına açıqlama verən Moyes deyib ki, sabiq futbolçu nə zaman istəsə, onu məşqçilər heyətinə qatacaq.


Qeyd edək ki, bundan əvvəl şotlandiyalı mütəxəssis Rayan Giggz və Filip Nevilə də məşqçi vəzifəsi verib.


Son xəbərlər
topaz banner