"Levandovski mövsümün sonunda "Bavariya"ya keçəcək"

"Levandovski mövsümün sonunda "Bavariya"ya keçəcək"
XƏBƏR 8 İyul 2013 / 00:21 2247
-  A +

"Borussiya"nın (Dortmund) baş məşqçisi Yurgen Klopp futbolçusu Robert Levandovskinin gələcəyi haqqında danışıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis polşalı hücumçunun növbəti mövsümdə Dortmund təmsilçisində forma geyəcəyini bildirib. Ancaq Klopp futbolçunun  mövsümün sonunda böyük ehtimalla "Bavariya"da oynacağını deyib: "Levandovskinin yeni mövsüm bitdikdən sonra "Bavariya"ya transfer olunacağı bir həqiqətdir. Onunla görüşmələrimizdən istədiyimiz cavabı ala bilmədik. Ona görə də çox güman ki, növbəti mövsümün sonunda bizimlə olmayacaq" - deyə alman mütəxəssis bildirib.

Qeyd edək ki, hücumçunun "Borussiya" ilə müqaviləsi 2014-cü ildə bitir.

Son xəbərlər
topaz banner