"Neftçi" "Xəzər Lənkəran"ın potensial rəqibinə uduzdu

"Neftçi" "Xəzər Lənkəran"ın potensial rəqibinə uduzdu
XƏBƏR 7 İyul 2013 / 00:22 4299
-  A +

Avstriyada təlim-məşq toplanışında olan Bakının "Neftçi" klubu növbəti yoxlama matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, "ağ qaralar" İsrailin "Makkabi" (Hayfa) klubu ilə qarşılaşıb.

Oyun İsrail təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb. Fasiləyə 0:1 hesabı ilə məğlub yollanan son Azərbaycan çempionu ikinci hissədə daha iki top buraxıb - 0:3.

Qeyd edək ki, "Makkabi" Avropa Liqasının II təsnifat mərhələsində “Xəzər Lənkəran”ın potensial rəqibidir. Belə ki, Con Toşakın komandası "Slima" (Malta) səddini keçəcəyi təqdirdə növbəti mərhələdə məhz "Makkabi" ilə üz-üzə gələcək.


Son xəbərlər
topaz banner