Daha bir azərbaycanlı futbolçu "Dənizlispor"da

Daha bir azərbaycanlı futbolçu "Dənizlispor"da
XƏBƏR 6 İyul 2013 / 18:33 4935
-  A +

Türkiyənin birinci liqa təmsilçisi "Dənizlispor" klubu komandadan ayrılan Rail Məlikovu əvəzləyəcək azərbaycanlı futbolçunu tapıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Dənizli təmsilçisi "Qəbələ" və millimizin sabiq futbolçusu Vurğun Hüseynova "elçi" düşüb.

Artıq Vurğunla ilə ilkin görüş keçirilib və müsbət cavab alınıb. 24 yaşlı futbolçunun iyulun 8-də Dənizlidə olacağı bildirilir.

Qeyd edək ki, ötən mövsümü "Qəbələ"də keçirən Vurğun Hüseynov hazırda "Sumqayıt"ın futbolçusudur. Təcrübəli futbolçunun "Sumqayıt"la iki illik müqaviləsi var.


Son xəbərlər
topaz banner