Sançez: "Ötən mövsümkü oyunumdan razı deyiləm"

Sançez: "Ötən mövsümkü oyunumdan razı deyiləm"
XƏBƏR 6 İyul 2013 / 18:02 2055
-  A +

"Barselona"nın futbolçusu Aleksis Sançez ötən mövsümdəki oyunundan razı olmadığını deyib .

Qol.Az-ın məlumatına görə, "Sport"a müsahibəsinə futbolçu bildirib ki, komandaya daha artığını vermək gücünə malikdir.

"Mövsümün sonlarına yaxın qollar vurmağım məni məmnun etsə də, ümumilikdə ötən mövsümkü oyunumdan razı deyiləm. Buna görə yeni mövsümdə daha yaxşı olmaq istəyirəm. Həmçinin Neymarın transferi ilə forma rəqabəti də artıb. Çox çalışmaq lazım olduğunun fərqindəyəm"- deyə Sançes söyləyib.

Qeyd edək ki, 2011-ci ildə "Barselona"ya transfer olan hücumçu ötən mövsüm forma geyindiyi 29 liqa matçında 8 qol vurub.

Son xəbərlər
topaz banner