"Real" qapıçısı ilə yollarını ayırdı

"Real" qapıçısı ilə yollarını ayırdı
XƏBƏR 6 İyul 2013 / 16:09 4556
-  A +

Madrid "Real"ı ehtiyat qapıçısı olan Antonio Adanla yolları ayırıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 1997-ci ildən klubun şərəfini qoruyan 26 yaşlı qolkiperlə müqaviləni bitdiyi və futbolçu ilə yeni sözləşmə imzalanmadığı bildirilib.

Qeyd edək ki, Adan Madrid klubunun aşağı yaş qruplarından əsas komandaya 2010-cu ildə yüksəlib. Qolkiperin La Liqada oynamağa yeni vəsiqə qazanan "Elçe"yə transfer olunacağı gözlənilir.

 


Son xəbərlər
topaz banner