Ronaldo: "Gələcəyim "Real"dadır"

Ronaldo: "Gələcəyim "Real"dadır"
XƏBƏR 6 İyul 2013 / 14:45 2675
-  A +

"Real"ın futbolçusu Kriştiano Ronaldo haqqında çıxan transfer iddialarına birdəfəlik son qoyub.

Qol.Az-ın məlumatına görə, bir markanın təqdimatı üçün Monakoya gedən hücumçu jurnalistlərə açıqlamasında Madrid klubundan ayrılmayacağını deyib:

"Mançester Yunayted"ə getdiyim ilk gündən indiyə kimi oranın yeri mənim qəlbimdə ayrıdır. Bunu hər kəs bilir. Amma gələcəyim "Real"dadır və mən Madrid klubunun formasını geymək istəyirəm".

Qeyd edək ki, Ronaldo ilə "MY, PSJ, "Monako"nun da yaxından maraqlandığı iddia edilir.

Son xəbərlər
topaz banner