"Roma"nın futbolçusu "Çelsi"yə doğru

"Roma"nın futbolçusu "Çelsi"yə doğru
XƏBƏR 6 İyul 2013 / 12:35 3040
-  A +

"Roma"nın aparıcı futbolçularından olan Daniel De Rossini "Çelsi"nin baş məşqçisi Joze Mourinyo komandasında görmək israrlıdır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, klubdan ayrılması gündəmdə olan 29 yaşlı oyunçu üçün London klubu yeni bir təklif göndərməyə hazırlaşır.

Belə ki, "kral klubu" göndərilən ilk 10 milyon funt-sterlinqi rədd edən Roma təmsilçisinə yarımmüdafiəçi üçün bu dəfə 15 milyon funt dəyərində təklif göndərəcək. Bu məbləği isə İtaliya klubunun qəbul edəcəyi gözlənilir.

Qeyd edək ki, De Rossi 2002-ci ildən "Roma"da forma geyir.

 


Son xəbərlər
topaz banner