"Qarabağ"ın rəqibi iki futbolçusu ilə yollarını ayırdı

"Qarabağ"ın rəqibi iki futbolçusu ilə yollarını ayırdı
XƏBƏR 6 İyul 2013 / 11:18 2313
-  A +

Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Makedoniyanın "Metallurq" klubu iki futbolçusu ilə yollarını ayırıb.

Qol.Az-ın məlumatına görə, Skopye təmsilçisi Stoyanke İqnyatov və Kemal Alomeroviki ilə qarşılıqlı şəkildə müqaviləni ləğv edib.

Qeyd edək ki, "Metallurq" Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində iyulun 11-də, Bakıda "Qarabağ"ın qonağı olacaq. Səfərdə baş tutan ilk görüş isə 1:1 hesabı ilə nəticələnmişdi.

 


Son xəbərlər
topaz banner