PSJ-dən Kavaniyə 63 milyon avro

PSJ-dən Kavaniyə 63 milyon avro
XƏBƏR 6 İyul 2013 / 10:56 1908
-  A +

"Napoli" klubunun hücumçusu Edinson Kavananin yeni komandası bəlli olub.

Qol.Az-ın Fransa mətbuatına istinadən verdiyi məlumata görə, PSJ klubunun Kavani ilə anlaşdığı bildirilir.

Paris təmsilçisinin 5 illik müqavilə imzalayacağı iddia edilir. Son Fransa çempionu 26 yaşlı futbolçunun keçidi üçün qarşı tərəf 63 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2010-cu ildən "Napoli"də keçirdiyi 104 oyunda 78 qola imza atıb.


Son xəbərlər
topaz banner