"Milan"ın futbolçusu Superliqa klubunda

"Milan"ın futbolçusu Superliqa klubunda
XƏBƏR 6 İyul 2013 / 10:40 2832
-  A +

"Milan" klubunun oyunçusu Taye Tayvo yeni mövsümdən Türkiyə Superliqasında forma geyinəcək.

Qol.Az-ın xəbərinə, "Bursaspor" 28 yaşlı oyunçunu heyətinə qatıb.

Klubun saytından verilən açıqlamada müdafiəçi ilə 3 illik müqavilə imzalandığı bildirilib. Rəsmi imzalanma mərasimi isə bu gün baş tutacaq.

Qeyd edək ki, T.Tayvo 2011-ci ildə "Marsel"dən "Milan"a transfer olunub. Daha sonra isə futbolçusu "Kvins Park Reyncers" və "Dinamo"da (Kiyev) icarə əsasında forma geyib. Karyerası ərzində 303 matçda iştirak edən müdafiəçi həmçinin Nigeriya milli komandasında oynayır.

Son xəbərlər
topaz banner