Moyes: "Runi satılası futbolçu deyil"

Moyes: "Runi satılası futbolçu deyil"
XƏBƏR 6 İyul 2013 / 01:00 2352
-  A +

"Mançester Yunayted"in baş məşqçisi David Moyes futbolçusu Ueyn Runinin heç bir kluba transfer olunmayacağını deyib.

Qol.Az-ın məlumatına görə, o, hücumçunun yeni mövsümdə də komandada qalacağını bildirib: "Runi satılası futbolçu deyil. Onun bu klubla müqaviləsi var və burada qalacaq. Özümüzü aldatmayaq, o, möhtəşəm oyunçudur".

Təcrübəli mütəxəssis həmçinin vurğulayıb ki, Runinin problemləri artıq geridə qalıb: "Onunla bir neçə dəfə danışdıq və əvvəlki yaşananlar daha keçmişdə qaldı. Artıq birlikdə çalışırıq. Onun gözlərinin parladığını görə bilirəm, xoşbəxt görsənir".

Qeyd edək ki, hücumçu ilə maraqlanan klublar arasında "Barselona", "Arsenal" və PSJ var idi.

Son xəbərlər
topaz banner