20 yaşlı parlayan ulduz “Land of fire Azerbaijan” formasında

20 yaşlı parlayan ulduz “Land of fire Azerbaijan” formasında
XƏBƏR 5 İyul 2013 / 20:14 4681
-  A +

Azərbaycanlı iş adamı Hafiz Məmmədovun sponsorluq etdiyi “Atletiko” bu gün rəsmi transfer gerçəkləşdirib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Madrid təmsilçisi son mövsümü “Rayo Valyekano” komandasında keçirən braziliyalı Lep Baptistaonu heyətinə cəlb edib.

Beləliklə, 20 yaşlı hücumçu yeni mövsümdən “Land of fire Azerbaijan” forması ilə meydana çıxacaq.

Qeyd edək ki, Baptistao İspaniya La Liqasının yeni parlayan ulduzu hesab olunur. O, son mövsümdə "Rayo Valyekano"da keçiridiyi 27 matçda 7 qol vurub.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner