Ronaldo: "Monakoya gedə bilərəm..."

Ronaldo: "Monakoya gedə bilərəm..."
XƏBƏR 5 İyul 2013 / 19:01 3575
-  A +

"Real" (Madrid) futbolçusu Kriştiano Ronaldo "Monako"ya transfer olunub-olunmayacağı haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, hücumçu "Nice Matin"ə müsahibəsində hazırda Madrid klubunda xoşbəxt olduğunu deyib:

"Komandamla ötən mövsüm qazana bilmədiyimiz La Liqanın və Çempionlar Liqasının kubokunu qazanmaq istəyirik. Monako çox gözəl şəhərdir və klubun sahibi fantastik insandır. Onların yenidən yüksək liqaya dönmələrinə çox sevindim".

Ronaldo bildirib ki, Monakoya hazırda ancaq tətil üçün gedə bilər: "Futbolda heç bir şey üçün olmaz deyə bilmərəm. Amma hazırda Monakoya gədə bilərəm, amma o da tətil üçün. Çünki yorulmuşam. Sevgilim və oğlumla istirahət etdikdən sonra yeni mövsümə hazırlaşmaq istəyirəm".

Qeyd edək ki, Fransa klubunun futbolçunun transferi üçün 100 milyon avro ödəməəyə hazır olduğu bildirilir.

Son xəbərlər
topaz banner